Bu şəxslərə təqaüd veriləcək - Sərəncam

img

24-05-2022 [15:28]


Prezident İlham Əliyev "Peşə təhsili haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Mia.az xəbər verir ki, dəyişikliklə Qanunun 10.11-ci bəndi yeni redaksiyada verilib.

Yeni redaksiyaya əsasən dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.

Qanunun 10.11-ci bəndinin əvvəlki variantı isə belə olub: "Dövlət peşə təhsili müəssisələrində dövlət hesabına təhsilalanlara məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təqaüd verilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA