Krımda ruslar ukraynalı mayoru güllələdi

img

07-04-2014 [13:11]


Krım respublikasında Rusiya Silahlı Qüvvələrinin zabiti ukraynalı mayoru güllələyib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

"Ötən gecə, saat 23.45 radələrində "Novofedorovka” şəhər tipli qəsəbədə Rusiya hərbi qulluqçusu, kiçik serjant E.S.Zaytsev tərəfindən açılan iki atəş nəticəsində ukraynalı mayor zabitlər üçün nəzərdə tutulmuş yataqxanada, otağında olarkən qətlə yetirilib”, deyə Ukrayna Hərbi İstintaq Mərkəzinin rəhbəri Dmitri Timçuk "Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, mayoru öldürdükdən sonra otaqda olan kapitan Yermelenko Artem Vladimiroviç də vəhşicəsinə döyülərək Rusiya hərbçilərinin olduğu əraziyə aparılıb. Rusiyalı əsgərlər öldürülən mayorun cəsədini də özləri ilə aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA