BNA-nın gələcəyi necə olacaq? - Eldar Əzizov "islahatlar dövrüdür" deyir

img

10-05-2022 [10:01]


“Bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də islahatlar gedir. Təbii ki, vaxt lazımdır”.

Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib

Başçı bildirib ki, yeni yeni qəbul olunub: "Bu gün Nazirlər Kabinetində yeni əsasnamə hazırlanır, vəzifələr bölgüsü aparılır. Yəqin ki, müxtəlif strukturlar arasında vəzifə bölgüsü olacaq: polis, Bakı Şəhər İcra Hakimiyyəti. Bakı Nəqliyyat Agentliyi də artıq yeni formada fəaliyyətə başlayacaq. Hər halda əsasnamə hazır olandan sonra ictimaiyyətə təqdim olunacaq. İslahatlar dövrüdür və bu, təbii haldır”

Xatırladaq ki, bu il fevralın 7-də Prezident İlham Əliyev "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmanla Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə, Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA