Bir qrup etirazçı Rusiya səfiri ilə əməkdaşlarının üzərlərinə qırmızı boya tökdü - Zaxarovadan açıqlama (VİDEO)

img

09-05-2022 [15:10]


Rusiyanın Polşadakı səfiri Varşavada sovet əsgərlərinin məzarlığını ziyərət edərkən hücuma məruz qalıb.

MİA.AZ RİA Novosti-yə istinadla xəbər verir ki, əllərində Ukrayna bayrağı olan bir qrup şəxs tərəfindən səfir Sergey Andreyevin və işçilərinin üzərlərinə qırmızı boya tökülüb.

Hadisəyə münasibət bildirən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, bu, Qərbin faşizmi təbliği kimi bir şeydir: "Belə təxribatlarla bizi qorxutmaq olmaz. Bu, Avropa sakinləri üçün güzgüdəki öz əksindən qorxulu olmalıdır”.

Rusiya Xarici İşlər Nazirliyi də hadisəni təxribat sayaraq, Polşadan əklilqoyma mərasimini yenidən təşkil etməyi tələb edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA