Rusiya ordusu Ukraynada daha bir şəhəri ələ keçirdi: "Təəssüf ki, bizim hərbçilər geri çəkilməyə məcbur oldu"

img

08-05-2022 [14:05]


Rusiya ordusu Ukraynanın Popasna şəhərini ələ keçirib.

Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə xəbəri Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday təsdiq edib: "Təəssüf ki, bizim hərbçilər Popasnadan bir qədər geri çəkilməyə məcbur oldu. Çünki təsəvvür edin, şəhər top atəşinə tutulub, iki aydan artıqdır ki, hücum neçə vaxtdır davam edir, davamlı olaraq atəşə tuturdular, orada hər şey dağıdılıb. Ona görə də bizimkilər əvvəlcədən hazırlanmış daha güclü mövqelərə geri çəkildi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA