Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb - FOTO

img

07-05-2022 [23:15]


Şəkiyə yağan güclü yağış və sel fəsadlar törədib.

Mia.az Report-a istinadla xəbər verir ki, bu gün axşam saatlarında Şəkinin Cunud kəndi ərazisindən axan Qara çaya sel gəlməsi nəticəsində kəndlə Şəki şəhərinin əlaqəsi kəsilib.

Dağlardan gələn sel suları Cunud kənd sakini Röyal Nadirova məxsus "VAZ-2106" markalı avtomobili də aparıb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hazırda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və aidiyyatı qurumların nümayəndələri sel gələn əraziyə baxış keçirir. Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Hazırda bölgədə güclü leysan yağışı davam edir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA