Ukrayna MN: "Donetsk və Tavriya istiqamətlərində şiddətli döyüşlər davam edir"

img

06-05-2022 [10:02]


“Rusiya ordusu şərq əməliyyat zonasında hücumu dayandırmır. Bu, onlara Donetsk və Luqansk vilayətlərində tam nəzarəti bərqərar etmək və Krımla quru dəhlizini saxlamaq üçün lazımdır”.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyiliyi məlumat yayıb.

Bildirilib ki, şimal istiqamətində isə ciddi hücumlar müşahidə edilməyib:

"Bölmələr yenidən qruplaşdırılır, onların döyüş qabiliyyəti bərpa olunur. Qoşunlarımızın mövqelərini və irəliləmə istiqamətlərini müəyyənləşdirmək üçün Rusiya Silahlı Qüvvələri hava kəşfiyyatı aparır. Donetsk və Tavriya istiqamətlərində şiddətli döyüşlər davam edir. Son sutkada Rusiya ordusunun 15 hava hədəfi vurulub. 14 PUA və 1 təyyarə məhv edilib. Həmçinin Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin 11 hücumunun qarşısı alınıb. Ötən gün Rusiya ordusunun 8 tankı, 11 zirehli döyüş maşını vurulub”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA