Putin İsraildən üzr istədi - Lavrovun sözlərinə görə

img

05-05-2022 [20:59]


Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Naftali Bennet ilə arasında telefon danışığı olub.

Mia.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Putin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İtaliya mətbuatında yəhudi soyqırımını şübhə altına alan sözlərinə görə üzr istəyib: "Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib və onun yəhudi xalqına, eləcə də Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”.

Xatıradaq ki, Lavrovun İtaliya mətbuatına müsahibəsində Zelenskini Adolf Hitlerlə müqayisə edərək, yəhudi soyqırımı ilə bağlı aşağıdakı açıqlaması böyük etiraz yaratmışdı: "Zelenskinin yəhudi olması ölkəsindəki nasist ünsürləri inkar etmir. İnanıram ki, Adolf Hitlerdə də yəhudi qanı olub. Zelenski cinayət törədən nasist qüvvələrinə əmr verməyi dayandırarsa, dövlətlər arasında sülhü təşviq oluna bilər”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA