Region Liqasının yarımfinal və final oyunlarının keçiriləcəyi stadionlar bəlli olub

img

05-05-2022 [16:21]


AFFA-nın təşkil etdiyi Region Liqasının yarımfinal və final oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.

Mia.az AFFA-ya istinadla bildirir ki, "Cəbrayıl” və “Qusar” komandaları arasında təşkil olunacaq ilk yarımfinal oyunu mayın 14-də saat 16:00-da "ASK Arena"da olacaq.

“Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları arasındakı ikinci yarımfinal qarşılaşması bir gün sonra eyni vaxtda, eyni məkanda baş tutacaq

Region Liqasının final qarşılaşması isə mayın 20-də Şamaxı şəhər stadionunda olacaq. Əvvəlcə saat 13:00-da 3-cü yer uğrunda oyun, 16:00-da isə final qarşılaşması baş tutacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA