Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib

img

05-05-2022 [12:31]


Cari ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, cəmləşmə rayonlarına çıxarılan raket və artilleriya bölmələri təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəfləri bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla keçirilən təlimin əsas məqsədi raket və artilleriya bölmə komandirlərinin müasir döyüşü idarətmə qabiliyyətinin təkmilləşdirilməsi, peşəkarlığın yüksəldilməsi, eləcə də şəxsi heyətin döyüş vərdişlərinin artırılmasıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA