İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanıldı - FOTO
05-05-2022 [11:35]
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 26 kiloqram 989 qram narkotik vasitənin və 520 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qaçaqmalçılığının qarşısı alınıb.
Mia.az DSX-yə istinadla bildirir ki, may ayının 1-də saat 00:15 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əllərində 2 ədəd bağlama olan 2 nəfər naməlum şəxsin özlərini şübhəli aparması sərhədçilərin diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Onların Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Əliyev Emil Paşa oğlu və Füzuli rayon sakini, 1997-ci il təvəllüdlü Əhmədova Gülşən Xudat qızı olmaları müəyyənləşdirilib, üzərilərindəki bağlamalara baxış zamanı 26 kiloqram 694 qram narkotik vasitə (1996 qram tiryək, 3921 qram heroin, 17790 qram qurudulmuş marixuana, 2987 qram metamfetamin) və 20 ədəd psixotrop tərkibli metadon-40 həbləri aşkar olunaraq götürülüb.
May ayının 2-də saat 18:30 radələrində Füzuli rayonunun Yağlıvənd kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan istiqamətdə hərəkət edərək İran İslam Respublikasından Azərbaycana doğru 1 nəfərə məxsus izlər aşkarlanıb.
Xidməti ərazi dərhal qapadılıb, xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilən kompleks qoşun-əməliyyat tədbirləri nəticəsində ərazidə gizlənən Saatlı rayon Dədəqorqud kənd sakini, 1988-ci il təvəllüdlü Qədirov Elşən Adil oğlu şübhəli şəxs qismində saxlanılıb, onun üzərinə baxış zamanı gödəkçəsinin içərisində tikilmiş bağlamada 295 qram narkotik vasitə metamfetamin və 500 ədəd metadon-40 psixotrop tərkibli həblər aşkar edilib.
Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı