Zəfər kuboku: "Ağdam 10 qol vurdu

img

04-05-2022 [15:14]


İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokuna start verilib.

Mia.az xəbər verir ki, turnirin açılış oyununda "Zəngilan" və "Ağdam" komandaları üz-üzə gəlib.

D qrupundakı qarşılaşma "Ağdam"ın 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını Xanoğlan İmanov (3), Şəfail Baxşıyev (3), Mirbağırağa Cəfəri (2), Elvin Rüstəmov və Faiq Tahirov vurub.

Qrupun növbəti oyunlarında "Ağdam" mayın 15-də, "Zəngilan" isə mayın 22-də "Xankəndi" ilə üz-üzə gələcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA