Yardımlıda əməliyyat: Deman kənd sakini narkotiklə tutuldu - FOTO

img

03-05-2022 [12:55]


Dövlət Sərhəd Xidməti Yardımlıda əməliyyat keçirib.

Mia.az DSX-in Mətbuat Mərkəzinə istinadla bildirir ki, aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanmış, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmaqla aidiy­yəti orqanlar məlumatlandırılıb və sərhəd axtarışına başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaq­malın Deman kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranıb.

Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə bir­gə həmin şəxsin evində keçirilən baxış zamanı zirzəmidə 8610 qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub

12:10 05.06.2025

Sabah yağış yağacaq