Lavrovdan Putinin səhhəti ilə bağlı iddialara ironik reaksiya: "Bu baradə Quterreşdən soruşun..."

img

02-05-2022 [09:25]


Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı bağlı yayılan xəbərlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov maraqlı reaksiya verib.

Mia.az Rusiya mediasına istinadla xəbər verir ki, o, bu barədə İtaliyanın “Mediaset” teleşirkətinə müsahibəsində müxbirin sualını cavablandırıb.

Lavrov yayılan xəbərlərin fərziyyə olduğunu deyərək, Putinin səhhətinin necəliyinin onuna son vaxtlar görüşən ölkə liderlərindən soruşmağı məsləhət görüb: “Bu yaxınlarda Vladimir Putinlə görüşən, danışıqlar aparan ölkə liderlərdən, hətta BMT-nin baş katibi Antonio Quterreşdən bu barədə  soruşun. Düşünürəm ki, nə demək istədiyimi anladınız".

Xatırladaq ki, Qərb mətbuatında Putinin tezlklə əməliyyata girəcəyi və bu səbəbdən səlahiyyətlərinin müvəqqəti olaraq Təhlükəsizlik Şurasının rəhbərinə ötürəcəyi barədə xəbərlər yayılıb.

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA