Rus hərbçiləri daha bir deputatı evindən qaçırıb

img

01-05-2022 [14:00]


Rusiya hərbçiləri UKraynanın Xerson vilayətində Novokaxovka şəhər sovetinin deputatı İqor Protokovilonu qaçırıblar.

UNİAN xəbər verir ki, bu barədə Kaxovka şəhər ərazi icması öz feysbuk səhifəsində məlumat yayıb.

“Aprelin 19-da Nova Kaxovka sakini, Novokaxovka Şəhər Sovetinin deputatı Protokovilo İqor Anatolyeviç Rusiya hərbçiləri tərəfindən öz evindən aparılıb”, - məlumatda bildirilir.

Qeyd olunur ki, hələlik Protokovilonun yeri məlum deyil/Report.

Xatırladaq ki, aprelin 30-da Xerson vilayətinin Kaxovka şəhərində Rusiya hərbçiləri məktəbin direktoru Viktor Pendalçuku evdən aparıblar. Onun da harada olduğu bilinmir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA