Komitədə iclas: vitse-prezidentlərin sayı azaldıldı - Yeni təyinat
29-04-2022 [14:57]
Azərbaycan Milli Paralimpiya Komitəsininin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.
MPK-nın Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, toplantıda qurumun prezidenti İlqar Rəhimov çıxış edərək MPK-nın strukturunun optimallaşdırılması, rəhbər aparatının işçilərinin sayının azaldılması, maddi resusrlarının qənaət edilməsi və təşkilatın nizamnaməsinin Beynəlxalq Paralimpiya Komitəsinin nizamnaməsinə uyğunlaşdırılması məqsədilə vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifələsinin ləğv olunmasının məqsədə uyğun olduğunu hesab etdiyini bildirib.
Rəhimov daha Komitənin işlərinin və tapşırıqların daha səmərəli icra olunması üçün icraçı direktor vəzifəsinin yaradılmasına ehtiyac olduğunu qeyd edib. Komitə prezidenti yeni təsis olunan icraçı direktor vəzifəsinə Babayev Eldar İbrəhim oğlunun təyin olunmasına razılıq verilməsini İcraiyyə Komitəsinin üzvlərindən xahiş edib.
Daha sonra gündəlikdə olan məsələlər müzakirə edilib və İK-nın bir sıra qərarları qəbul edilib:
1. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsninin vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifələsinin ləğv edilsin.
2. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsninin icraçı direktor vəzifəsi təsis olunsun.
3. Babayev Eldar İbrəhim oğlunun Milli Paralimpiya Komitəsinin icraçı direktor vəzifəsinə təyin olunmasına razılıq verilsin.
4. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsninin nizamnaməsində müəyyən dəyişiklik edilsin və nizamnamə yeni redaksiyada növbəti Ümumi Yığıncaqda təsdiq olunsun.
Komitənin yeni təsis olunmuş icraçı direktor vəzifəsində çalışacaq Eldar Babayev bundan öncə UNICEF-in layihələri əsasında Uşaq Paralimpiya Komitəsində idman növləri üzrə təlimatçı, daha sonra isə Komitə prezidentinin köməkçisi vəzifələrində çalışmışdır. Eyni zamanda E.Babayev 2019 və 2021-ci illərdə Bakıda keçirilmiş “IBSA JUDO GRAND PRIX” yarışlarında təşkilat komitəsinin üzvü olub.
İcraiyyə Komitəsinin iclası bitdikdən sonra Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun əmri ilə Rauf Mürsəlov icraçı direktorun müavini vəzifəsinə təyin edilib. O, idman şöbəsinin müdiri vəzifəsinin icrasını da davam etdirəcəkdir. Mürsəlov Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında və Pekin-2022 Qış Paralimpiya Oyunlarında Azərbaycan milli komandasının şef-de-missionu olub.
Üç astronavt kosmosda qalıb - Geri dönüş kapsulasının zədələnib
Prezident İlham Əliyev bu videonu paylaşdı - VİDEO
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb
Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı
ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq
KTN-də tendersiz sövdələşmə - 842 minlik layihə ilə bağlı iddia
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR