İlham Əliyev: "Fransa ilə münasibətlər bizim üçün önəmlidir"

img

29-04-2022 [13:10]


"Dünyanın aparıcı dövlətlərindən biri olduğu üçün Fransa ilə əlaqələr Azərbaycan üçün vacibdir".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə Fransa ilə əməkdaşlıq məsələsini şərh edərkən deyib.

Dövlət başçısı iki ölkə arasında mədəniyyət sahəsində dərin əməkdaşlığın qurulduğunu bildirib: “Siyasi münasibətlərimizə gəlincə, bu, normaldır, deyərdim ki, normaya düşür. Biz orada yaşayan erməni icmasının təsiri olduğunu da başa düşürük. Amma Fransa ilə münasibətlər bizim üçün önəmlidir, çünki o, dünyanın aparıcı ölkələrindən biridir. Bu, həm də bizim mövqeyimizi təqdim etmək baxımdan da əhəmiyyətlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA