İlham Əliyev: "Çin sədri Azərbaycanın böyük dostudur"

img

29-04-2022 [12:32]


"Azərbaycan Çinlə əməkdaşlığı strateji əhəmiyyət kəsb edən əlaqələr hesab edir və mən şadam ki, bu münasibətlər çox uğurla inkişaf edir".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı ölkələr arasında əməkdaşlığı nümunə göstərmək üçün onu Çinin böyük dostu adlandıran Si Cinpindən sitat gətirməyin yetərli olduğunu, həmçinin Çin Sədrinin də Azərbaycanın böyük dostu olduğunu vurğulayıb.

Prezident İlham Əliyev onu da xatırladıb ki, o, 2019-cu ildə Çin tərəfindən “Bir kəmər - bir yol” konfransına dəvət olunmuş nadir dünya liderlərindən biri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA