"Qalatasaray"da prezident seçkisi düyünə düşüb

img

29-04-2022 [12:27]


Türkiyənin "Qalatasaray" klubunda aprelin 30-da keçirilməsi planlaşdırılan prezident seçkisi baş tutmayacaq.

Mia.az xəbər verir ki, Apellyasiya Məhkəməsi Ümumi Yığıncaqla bağlı qərarını açıqlayıb.

Məhkəmə "sarı-qırmızılar"da seçkinin sabah baş tutmayacağını bildirib.

Qeyd edək ki, İstanbul təmsilçisində hazırkı prezident Burak Elmasın fəaliyyətinin İdarə Heyəti tərəfindən müsbət rəy almamasına görə prezident seçkilərinin keçirilməsinə ehtiyac duyulub. Məhkəmə aprelin 19-da seçkini ləğv etsə də, Asliye Hüquq Məhkəməsi prosesin baş tuta biləcəyini açıqlamışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA