AMERİKALI ZABİT ABŞ-ı NÜVƏ DÖYÜŞÜNƏ HAZIR OLMAĞA ÇAĞIRDI: "Rusiyanın vəziyyəti ağırlaşsa, Putinin..."
29-04-2022 [12:00]
ABŞ-ın “Wall Street Journal” qəzetində “Amerika nüvə müharibəsində qalib gələ biləcəyini göstərməlidir” başlıqlı məqalə dərc edilib.
Məqalənin müəllifi Set Kropsi vaxtilə ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti olub, hazırda Yorktaun İnstitutunun təsisçisi və prezidentidir.
Mia.az-ın Novator-a istinadla məlumatına görə, müəllif xatırladır ki, aprelin 20-də Rusiya nüvə başlıqlı “Sarmat” qitələrarası ballistik raketini sınaqdan keçirib: “Ukraynada hərbi əməliyyatlara başlayandan prezident Vladimir Putin və müşavirləri ABŞ və NATO-nu müharibəyə müdaxilə edəcəkləri təqdirdə nüvə hücumu ilə hədələyir. Moskva bu yaxınlarda İsveç və Finlandiyaya da xəbərdarlıq edib ki, NATO-ya qoşulsalar, zərbə altına düşəcəklər”.
Set Kropsi yazır ki, Rusiyanın Ukrayna ilə müharibəsi həm də NATO əleyhinə yönəlib: “Putinin müharibəyə getməkdə iki məqsədi olub. Əvvəla o, Ukraynanı müstəqil dövlət kimi məhv edəcəyinə ümid bəsləyirdi. Rusiya bir neçə saat ərzində paytaxt Kiyevi tutmağı, orada ruspərəst hökumət qurmağı, aylar sonra isə Kremlin Ukraynanın şərqində və cənubunda birbaşa nəzarətini təmin edəcək referendumlar keçirməyi planlaşdırırdı”.
Sonrakı mərhələdə Putinin Belarusda Aleksandr Lukaşenko rejiminin və Mərkəzi Asiya despotlarının iştirakı ilə Polşa sərhədinədək imperiya qurmaq niyyətində olduğunu vurğulayan müəllif bildirir ki, ukraynalılar bu planlarını alt-üst ediblər.
Məqalədə qeyd edilir ki, Kiyevdən əli üzülən Moskva indi Ukraynanın şərqində ağır döyüşlər aparır: “Rusiyanın tez bir zamanda Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini məhv etmək, ölkənin şərq vilayətlərini ələ keçirmək və Krıma gedən quru dəhlizdə möhkəmlənmək kimi planları var”.
Ukrayna ordusunun güclü müqavimət göstərməsinə, qələbə əzminə, rus qoşunlarına sarsıdıcı zərbələr vurmasına diqqət çəkən müəllifin fikrincə, Rusiyanın vəziyyəti ağırlaşsa, Putinin nüvə silahından yararlanmaq niyyəti ikiqat artacaq: “Bu, Rusiyanın açıq şəkildə bəyan edilmiş hərbi doktrinasına da uyğundur. Nüvə hücumu Ukraynanı Yaponiyanın 1945-ci ildə üzləşdiyi seçimlə qarşı-qarşıya qoya bilər: ya təslim, ya da məhv olmaq”.
Məqalədə deyilir ki, Ukraynanın xüsusilə Buça, İrpen şəhərlərində baş verənlər Rusiyanın əsl niyyətini nümayiş etdirir, Putinin qələbəsinin çox ağır fəlakətlərə – daha kütləvi qırğınlara, sürgünlərə, təcavüzlərə gətirib çıxara biləcəyindən xəbər verir.
Müəllifin sözlərinə görə, ukraynalıların müqavimətini qırmaq üçün Rusiya nüvə silahına əl atmaq yolunu seçsə, NATO istər-istəməz buna cavab vermək məcburiyyətində qalacaq: “Həmin cavab isə Rusiya ilə NATO-nu daha geniş nüvə qarşıdurmasına sürükləyə bilər”.
Set Kropsi qeyd edir ki, qarşıdurmanın genişlənməməsi, Rusiyanın nüvə hücumuna ənənəvi cavabın kifayət etməsi də mümkündür: “Görəsən, ABŞ və müttəfiqləri Qara dənizdə, Suriya və Liviyada yerləşən Rusiya hərbi birləşmələrini məhv etsələr, Rusiyanın bütün neft kəmərlərini kəssələr və iqtisadi sanksiyalardan istifadə edərək Çin və Rusiya ilə iş aparan dövlətləri embarqo ilə hədələsələr necə olar?
Bu addımların hər biri vacibdir. Ancaq Rusiyanın məqsədi NATO-nu müharibədən sıxışdırıb çıxarmaqdır. Kreml özünü NATO-dan daha qətiyyətli hesab edir. Ona görə Rusiyanın nüvə hücumuna ABŞ-ın adi cavabı Moskvanı yenidən nüvə silahından yararlanmaqdan saxlamaya da bilər.
Kreml nüvə müharibəsi aparmaq məharətini cilalayır. Burada tək hərbi yox, siyasi məqsədlər də güdülür. Belə bir vəziyyətdə ABŞ məsələyə yanaşma tərzini yenidən nəzərdən keçirməlidir.
Bu o demək deyil ki, Vaşinqton nüvə silahından istifadə etməlidir. Hər halda nüvə reaksiyası qlobal nüvə müharibəsi ehtimalını artıra bilər. Amma ABŞ və müttəfiqləri Rusiyanın nüvə arsenalına qarşı elə tədbirlər görə bilər ki, Moskvanın hücuma keçmək mövqeyi sarsılmış olsun. Məsələn, ABŞ təkcə sualtı qayıqları yox, Hərbi Dəniz Qüvvələrinin suyun üzündəki gəmilərini də soyuq müharibə dövründə olduğu kimi yenidən nüvə silahı ilə təchiz edə bilər”.
Set Kropsinin fikrincə, belə bir addım Moskvanın cavab tədbirləri görmək, nüvə müharibəsi aparmaq imkanlarını zəiflədə bilər: “Nüvə müharibəsi heç aparılmasa daha yaxşıdır. Ancaq Kreml bu üsuldan istifadə etməyə qismən hazır kimi görünür. Əgər ABŞ nüvə silahından yararlanmaq istəmədiyini nümayiş etdirsə, Kremlin nüvə silahına əl atacağı riski təhlükəli dərəcədə güclənə bilər”.
İrandan ölkəmizə narkotik keçirən şəxs tutulub
Okan Buruk: "Məsuliyyət mənimdir" - "Türkiyə və Almaniya liqaları arasında çox böyük fərq var"
İlkay Gündoğan: "Bu, bizim üçün bir dərs olmalıdır"
Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir - Kimlər qatılıb?
ETN-də şübhəli tender: 40 milyonliq kompüter nə üçün alınır?
Səs yazısı yayılan məktəb direktoru haqqında araşdırma başlayıb - VİDEO (Yenilənib)
Parisdə muzeydən qızıl oğurlanıb - 700 min dollar dəyərində
Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb
Azərbaycan nefti ucuzlaşdı
Türkiyə 56 qanusuz miqrantı deport edəcək
Türkiyədə zəlzələ olub - 3.8 bal gücündə
Çempionlar Liqası: "Qalatasaray" darmadağın oldu (Yenilənib)
Tramp: "Bu məsələdə Böyük Britaniya ilə razı deyiləm"
Rusiyanın şərqində güclü zəlzələ oldu - 7,8 bal gücündə
Ali Koç TFF-də: "Bura kəllə almağa gəlmədim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mourinyo "Benfika" ilə anlaşdı, "Qarabağ"la oyundan söz açdı: ""Fənərbağça"ya getməyim xəta idi"
Ceyhun Bayramov Aİ komissarı ilə görüşdü - XİN-dən açıqlama
Hekayəti-Müsibəti-Santuş: gizli anlaşmalar və ya "istefa" sualına kimlər niyə mane olurdu? - VİDEO
YSK toplanır: CHP-nin qurultayı ilə bağlı hansı qərar veriləcək?
Tramp Londonda: "Çox sadə şəkildə deyirəm: neftin qiyməti düşərsə..." - "Putini Alyaskaya dəvətdən peşman deyiləm"
Azərbaycanlı professorun ölkədən çıxışına "stop" qoyuldu
Bakıda onlayn qumar təşkil edənlər saxlanıldı - VİDEO
UNEC-də dərslər onlayn formata keçirilib
Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq
Vüqar Rəhimzadə: ""Əsrin müqaviləsi” iqtisadi inkişafın təməl prinsiplərini müəyyən etdi"
Türkiyə MN: "S-400-lər bizimdir, iddialar əsassızdır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Oleq Bakinskiyə "yox" deyildi
Xalq artisti Sərdar Fərəcov evə buraxılıb
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
PREZİDENT ONU TƏLTİF ETDİ - FOTO
İngilislər Arda Gülər üçşün 150 milyon təklif edib? - İspaniya mediasından şok iddia
"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək