Rusiya kəşfiyyatı: “Polşa Qərbi Ukraynanı yenidən özünə birləşdirmək planı hazırlayır, bunun üçün ABŞ-la...”

img

28-04-2022 [15:09]


Polşa Qərbi Ukraynanı yenidən özünə birləşdirmək planı hazırlayır.

Bu bəyanatla Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin çıxış edib.

Onun sözlərinə görə, Polşa ilə Ukraynanın birləşməsinin birinci mərhələsi Polşa qoşunlarının Ukraynanın Qərb vilayətlərinə Rusiya Federasiyasından müdafiə bəhanəsi ilə girmək olmalıdır.

“Vaşinqton və Varşava Polşanın Ukrayna üzərində hərbi-siyasi nəzarətin qurulması planını işləyib hazırlayırlar. Hazırda Polşa ABŞ administrasiyası ilə Qərbi Ukraynanın birləşdirilməsi aksiyasını müzakirə edir”, - Rusiyanın xarici kəşfiyyatının rəhbəri qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA