UEFA Millətlər Liqası: Belarus- Azərbaycan oyunu harada keçiriləcək?

img

28-04-2022 [14:19]


İyunun 6-da Belarus və Azərbaycan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqası matçının məkanı müəyyənləşib.

Mia.az AFFA-ya istinadla bildirir ki, C Liqasında III qrupun II tur qarşılaşması Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA