Premyer Liqası: "Neftçi" və "Zirə" qalib gəldi

img

24-04-2022 [22:24]


Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün turun son iki oyununda "Neftçi" səfərdə "Səbail"lə, "Zirə" isə "Sumqayıt"la qarşılaşıb.

Mia.az xəbər verir kiŞ hər iki görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticələrdən sonra xallarını 47-yə çatdıran Samir Abasovun baş məşqçi olduğu komanda həm 2-ci pillədəki mövqeyini möhkəmlədib, həm də sona 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib. "Dənizçilər" 14 xalla sonuncu - 8-ci sırada qalıb.

Onu da qeyd edək ki, "Neftçi" bu oyundan sonra mövsümünün başa çatmasına 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA