"Qaradağ Lökbatan" çempion oldu

img

19-04-2022 [18:14]


Futbol üzrə Azərbaycan I Divizionunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Mia.az xəbər verir ki, "Qaradağ Lökbatan" XXII turun oyunlarından sonra çempionluğu təmin edib. Bakı klubu öz meydanında “Zaqatala” üzərində qələbə qazanıb – 2:0.

Bununla da paytaxt təmsilçisi xallarının sayını 50-yə çatdırıb. Digər komandalar üçün əlçatmaz olan “Qaradağ Lökbatan” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib.

Bu, klubun tarixində ikinci belə uğurdur. Bakılılar 2011/12 mövsümünün də qalibi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA