ABŞ Rusiyaya qarşı sanksiyalara başlayır

img

02-04-2014 [12:14]


ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanunu qəbul edib.

Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, Konqresin Nümayəndələr Palatası aprelin 1-də keçirilən iclasında Rusiyaya qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq qəbul edilib. Qanunun qəbulunun lehinə 378, əleyhinə isə 34 konqresmen səs verib.

Qanun ABŞ hökumətinə imkan verir ki, Krımı özünə birləşdirdiyinə görə, Rusiyadan olan bir sıra məmurlara sanksiyalar tətbiq edilsin.

Sanksiyalar Ukraynada insan haqlarının kobud surətdə pozulmasında və güc tətbiq edilməsində, həmçinin suverinliyinə təhlükə yaratmaqda əli olan şəxslərin ABŞ-a səfərləri üçün vizaların verilməməsi, maliyyə aktivlərinin dondurulması istiqamətində olacaq.

Konqres eyni zamanda, Ukrayna hökumətinə 1 milard dollar həcmində kredit və 150 milyon dollar həcmində isə yardım ayrılması barədə qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA