"Qalatasaray" qalib gəldi

img

18-04-2022 [23:30]


Futbol üzrə Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

Mia.az xəbər verir ki, turun son oyununda "Qalatasaray" evdə aşağı dəstəyə düşməsi dəqiqləşən "Yeni Malatyaspor"la qarşılaşıb. "NEF Stadionu"nda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Cim-Bom"un heyətində qolları 51-ci dəqiqədə Rayan Babel və 53-cü dəqiqədə Halil Dervişoğlu vurublar.

Bu qələbədən sonra xallarını 44-ə çatdıran "Qalatasaray" 12-ci sıraya yüksəlib. 20 xalı olan "Yeni Malatyaspor" isə sonuncu - 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 72 xalla "Trabzonspor" başçılıq edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA