Çempionlar Liqası: İspaniya klubları yarımfinala çıxdı - VİDEO
13-04-2022 [09:05]
İspaniyanın daha bir təmsilçisi UEFA Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb.
Mia.az xəbər verir ki, "Real Madrid" evdə turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubuna 2:3 hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.
Oyuna istədiyi kimi başlaya bilməyən "kral klubu" 15-ci dəqiqədə Meyson Mauntun vurduğu qolla məğlub duruma düşüb. 51-ci dəqiqədə Antonio Rüdiger hesab arasındakı fərqi artırıb. 67-ci dəqiqədə Markos Alonso meydan sahiblərini 3-cü dəfə məyus etsə də, VAR-ın müdaxiləsindən sonra topun ələ dəydiyi məlum olub və qol ləğv edilib. Buna baxmayaraq, qonaqlar 75-ci dəqiqədə 3-cü topu Madrid təmsilçisininin qapısından keçirib. "Çelsi"nin heyətində Timo Verner fərqlənib. 80-ci dəqiqədə Rodriqo buraxılan toplardan birinin əvəzini çıxıb və oyunu əlavə vaxta daşıyıb. 96-cı dəqiqədə səhnəyə çıxan Kərim Benzema isə komandasını yarımfinala yüksəldən qola imza atıb. "Real Madrid" finala gedən yolda "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) görüşünün qalibi olacaq.
İspaniyanın "Vilyarreal"i isə Almaniya "Bavariya" ilə cavab görüşündə də güclü rəqibinə uduzmayıb - 1:1. Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub.
Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər və bu nəticə "Vilyarreal"ı 16 ildən sonra yarımfinala daşıyıb. İspaniya təmsilçisinin növbəti raunddakı rəqibi "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) cütünün qalibi olacaq.
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
12 aprel
23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 2:3 (ƏLAVƏ VAXTDA - 1:0)
Qollar: Rodriqo, 80. Kərim Benzema, 96 - Meyson Maunt, 15. Antonio Rüdiger, 51. Timo Verner, 75
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 3:1
23:00. "Bavariya" (Almaniya) - "Vilyarreal" (İspaniya) - 1:1
Qol: Robert Levandovski, 52 - Samuel Çukvueze, 88
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun - 0:1
Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək. İngiltərə "Liverpul"u Portuqaliya "Benfika"sını, İspaniyanın "Atletiko" (Madrid) komandası isə İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək.
Dövlət katibinin müşaviri Bakıda Şəhidlər xiyabanında - FOTOLAR
Dünyanən ən güclü yığma komandaları - İlk 10-luq açıqlandı
Klinikada dava düşüb
"Canımın hayındayam" - Abid Şərifov
Azərbaycan nefti cüzi ucuzlaşdı
"YouTube" ləğv etdiyi funksiyanı geri qaytarır
Bu gün Xətai və Binəqədi rayonlarının bəzi hissələrində qaz olmayacaq - Xəbərdarlıq
Üç astronavt kosmosda qalıb - Geri dönüş kapsulasının zədələnib
Prezident İlham Əliyev bu videonu paylaşdı - VİDEO
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi