SABİQ İCRA BAŞÇISI SAHİBKARIN "990 MİN MANATIMI ALDI" İDDİASINA ETİRAZ ETDİ: "Bunu tanımıram, yalan deyir" - Məhkəmə prosesi
15-04-2022 [12:35]
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisini həyata keçirən “NTS Company”nin icraçı direktoru Elnur İsayev dindirilib.
Şahid deyib ki, İH-nin inzibati binasının tikintisi üçün müqavilə üzrə 6 milyon 200 min manat vəsait göstərilib, lakin 4 milyona yaxın pul köçürülüb. Həmin məbləğin isə 30 faizi Vilyam Hacıyevə çatıb:
"Şirkətin əməkdaşı Səyalə Səfərova dedi ki, işi bizdən almaq istəyirlər, məsələni həll etməsək, tikintinin davam etməsinə mane olacaqlar. Təxminən 990 min manat pul verdim Səyalə xanıma. O, da pulu Vilyam Hacıyevə çatdırdı".
Təqsirləndirilən şəxs şahidin dediklərinin tamamilə yalan olduğunu, Elnur İsayevi ümumiyyətlə, tanımadığını bildirib.
Məhkəmədə ifadə verən sahibkar Nakim Xəlilov isə təqsirləndirilən şəxsə ümumilikdə 11 min manat rüşvət verdiyini bildirib. Şahid deyib ki, həmin pulun 2 500 manatı rayonda keçirilən tədbirlər üçün, 8 500 manatı isə rəhbəri olduğu şirkət tərəfindən aparılan işə mane olan sakinləri sakitləşdirmək üçün verilib: "Kəndlərin birində iş aparırdıq. Kənd camaatı ilə mübahisəmiz oldu, işləməyə problem yaradırdılar. Buna görə Vilyam Hacıyevin qəbuluna düşdüm. Dedi ki, kömək edərik, amma rayonda tədbirlər, filan olur 10 min manat kömək edərsən. 8 500 manata razılaşdıq”/APA.
Proses aprelin 18-də davam etdiriləcək.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
MİA.AZ
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı