Bakıda bank hesablarından oğurluq edən şəxslər tutulub

img

15-04-2022 [11:21]


Bakıda bank hesablarından oğurluq edən şəxslər tutulub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aprelin 6-da Bakı şəhər sakinləri - E.Manafovun 1 000, İ.İbrahimovun isə 120 manat pullarının bank hesablarından oğurlanması barədə müraciətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nemət Cabbarov və Ağcabədi rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Namiq Mehdiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq