Vəkil sabiq deputatın cinayət işi üzrə məhkəmədə: "Onun qardaşı da işə cəlb olunmalıdır"
14-04-2022 [16:18]
Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə barələrində məcburi gətirilmə qərarı verilmiş Təranə Fətəliyeva və Vidadi Məmmədovun məhkəməyə gəlmədikləri bildirilib.
Zərərçəkmiş şəxslərin müdafiəçiləri məcburi gətirilmə qərarı verilmiş şəxslərin məhkəmədə iştirak etməkdən yayınmasına etiraz ediblər.
Vəkil Kamandar Nəsibov deyib ki, bu gün məhkəmədən yayınan Təranə Fətəliyeva cinayət işi üzrə əsas şahidlərdən biri olmaqla yanaşı, mərhumun qardaşı Elşən Cəbrayılovun da əməllərindən xəbərdardır: "Zərərçəkmiş şəxslərin bir neçəsini də Rafael Cəbrayılovla əlaqələndirən Təranə olub".
İclasa sədrlik edən hakim məcburi gətirilmə qərarının icra olunmaması ilə bağlı Daxili İşlər Nazirliyinə yenidən müraciət ediləcəyini bildirib.
Prosesdə müdafiəçi Kamandar Nəsibov Rafael Cəbrayılovun iki gün əvvəl dələduzluqda təqsirli bilinərək barəsində cinayət işi başlanan qardaşı Elşən Cəbrayılovun bu işlə də bilavasitə əlaqəsi olduğunu deyib. Müdafiəçi, Elşən Cəbrayılovun cinayət işi ilə əlaqəli olması barədə məhkəməyə sənədlər təqdim edib: "Bugünlərdə məlum oldu ki, Elşən barəsində başqa bir rayonda cinayət işi açıblar. Burdan da aydın olur ki, o əvvəldən dələduzluqla məşğul imiş. Bu cinayət işində də onun əli var. Elşən burda ifadə verəndə deyirdi ki, mən Allah adamıyam, namaz qılıram, amma sübut olundu ki, dələduzluqla məşğul imiş. Hesab edirəm, bu iş yenidən istintaqa qaytarılmalı və Elşən Cəbrayılov da işə cəlb olunmalıdır".
Hakim isə hazırda Elşən Cəbrayılovun deyil, Rafael Cəbrayılovun işinə baxıldığını deyib.
Proses aprelin 28-də davam etdiriləcək.
Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.
R. Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı