Laçın rayon sakini tapança ilə saxlanılıb

img

14-04-2022 [12:23]


Laçın rayon sakinində tapança aşkarlanıb.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadla bildirir ki, Laçın Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Mütalif Abbasov saxlanılıb.

Onun Bərdə rayonunun Qaradəmirçi kəndində yaşadığı ünvana baxış keçirilən zaman “Mauser” markalı tapança və 35 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın RPŞ-də istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR