Yeni mərkəz yaradılacaq - Xəstəxanaların fəaliyyətinə nəzarət etmək üçün

img

09-04-2022 [12:50]


“Səhiyyə Nazirliyinin tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətinə nəzarət mərkəzinin yaradılması nəzərdə tutulub”.

Bunu səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, nazirlikdə yaradılan İşçi qrupu tərəfindən normativ-hüquqi baza yenidən işlənib və əsasnamə hazırlanıb: “Həmin əsasnamə aidiyyəti qurumlara təqdim olunub. Dünya praktikasında belədir ki, həmin mərkəzlər tibb müəssisələrinin lisenziyalaşdırılması, qiymətləndirilməsi, eləcə də müvafiq tibbi xidmətlər üzrə akkreditasiya ilə məşğuldur. Bu səbəbdən ölkədə davamlı təmin edilən tibbi xidmətlərin keyfiyyətinə dair standartlar və onlara nəzarət prosesi nəzərdə tutulub. Bu istiqamətdə hazırlıq işləri davam edir. Baxmayaraq ki, Səhiyyə Nazirliyinin müvafiq strukturlarında bu fəaliyyət var. Lakin bunu cəmləşdirərək effektik həyata keçirilməsi üçün mərkəzin yaradılması labüd idi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA