Nəsimi rayonunda yenidənqurma işləri davam edir - FOTOLAR

img

08-04-2022 [15:07]


Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Mia.az xəbər verir ki, hazırlanmış layihəyə uyğun olaraq Alı Mustafayev 41 saylı binanın  həyətində kök üstə qurumuş və təhlukəli vəziyyətdə olan agacların ərazidən çıxarılması, ümumi yaşayış binanın fasadının bərpası və rənglənməsi, həyətə yeni bardürlərin, asfalt və tamet daşlarının vurulması, dam örtüyünün əsaslı təmir olunması, blokların qapı və pəncərələrinin yeniləniləri ilə əvəz olunması, yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi işləri nəzərdə tutulub.

Eyni zamanda Alı Mustafayev 41 saylı  binanın hətyətində istinad divarlarının təmir bərpa olunması və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah və  oturacaqların quraşdırılması işləri nəzərdə tutulub.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA