Tərtər Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub

img

07-04-2022 [14:43]


Tərtər Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.

Mia.az TƏBİB-ə istinadla xəbər verir ki, İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Cəlahani Sərxan direktor təyin edlib.

Məlumata görə, Cəlahani Sərxan 12 aprel 1981-ci ildə Sumqayıt şəhərində anadan olub.

1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində “Müalicə işi” fakültəsində təhsil alıb.

Daha sonra, 2006-2008-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt, 2008-2012-ci illərdə Bərdə RMX-nın həkim- anestezioloqu, 2012-2016-cı illərdə Doğum Evində Reanimasiya şöbəsi həkim- reanimotoloqu, 2016-2022-ci illər ərzində isə xəstəxananın Doğum Evinin Reanimasiya şöbəsinin müdiri kimi çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA