SABAH qruplarına tələbə qəbuluna start verilib

img

07-04-2022 [12:28]


Təhsil Nazirliyi SABAH qruplarının bakalavriat səviyyəsinə 2022-2023-cü tədris ili üçün tələbə qəbulu açıq elan olunur.

Nazirlikdən Mia.az-a bildirilib ki ,Müsabiqədə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Qeyd edək ki, yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirak hüququ var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA