Saatlıda iki azyaşlı uşaq zəhərlənib, biri ölüb

img

06-04-2022 [14:54]


Qida zəhərlənməsi şübhəsi ilə Bakıdakı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən 2 azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb.

Mərkəzin Mətbuat xidmətindən Mia.az-a verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib.

Qeyd olunub ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri 2019-cu il təvəllüdlü X.F 13:08-də vəfat edib: "Digəri 2013-cü il təvəllüdlü M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır. Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA