İlham Əliyev Ərdoğanı təbrik edib

img

31-03-2014 [23:06]


Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.


APA-nın məlumatına görə, İlham Əliyev Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi münasibətilə baş nazir Rəcəb Tayyib Ərdoğanı təbrik edib, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzularını çatdırıb.
 
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
 
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA