Deputat: "Baş nazirin, nazirlərin və müavinlərinin Qubada villaları var, ancaq..."

img

05-04-2022 [14:45]


"Bakı-Quba yolu ilə getmək mümkün deyil. İnsanlar bu yolla getmək istəmirlər. Baş nazirə müraciət edirəm ki, bu yolun çəkilməsi üçün işlər görülsün”.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

“Mənə deyirlər alternativ yol, pullu yol çəkilir. Lakin bu yol əvvəlki yolu əvəz etmir. Çünki o yol birbaşa Xaçmaza və SDK-ya gedir. Baş nazirin və nazirlərin, müavinlərinin Qubada villaları var. Onlar həmin yolla gedəndə yolun vəziyyətini görmürlər?

Ümumiyyətlə məsələ elədir ki, Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələləri həll etmək mümkün deyil. Əgər dövlətin baş naziri, onun birinci müavini məsələni bilirsə, onu həll etmirsə, məcbur oluram ki, cənab Prezidentə müraciət edəm ki, bu yolun məsələsi həll edilsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA