Fərrux kəndinin ətrafında daha bir neçə azərbaycanlının meyitinin qalıqları tapılıb

img

04-04-2022 [22:56]


Xocalı rayonunun Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının meyitinin qalıqları tapılıb.

Mia.az xəbər verir ki, qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş azərbaycanlılara aiddir.

Qeyd edək ki, daha əvvəl də ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının qalıqları tapılıb.

Hazırda araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA