İtaliyalı nazir Bakıda: “Rusiyaya qarşı sanksiyalar Avropanın enerji məsələlərinə təsir edir"

img

02-04-2022 [15:20]


“Azərbaycan təkcə energetika sektorunda deyil, digər sahələrdə də İtaliyanın tərəfdaşıdır”.

Bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Mən burada olmaqdan çox şadam, xüsusən də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə”, - Luici Di Mayo bildirib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının dünya ölkələrinin iqtisadiyyatlarına təsir göstərməsinə baxmayaraq, xoşbəxtlikdən son vaxtlar iqtisadi artım müşahidə olunur.

İtaliya XİN başçısı qeyd edib ki, bugünkü görüşdə Ukraynadakı vəziyyət də müzakirə olunub. Onun sözlərinə görə, Ukraynadakı müharibə bu ölkənin mülki əhalisi arasında çox sayda itkilərə səbəb olub, eyni zamanda İkinci Dünya Müharibəsindən sonra ən böyük humanitar fəlakətə gətirib çıxarıb. “Rusiyaya qarşı sanksiyalar Avropanın enerji məsələlərinə təsir edir, ona görə də Aİ-nin enerji tərəfdaşları ilə əlaqələrin gücləndirilməsi çox vacibdir”, - Luici Di Mayo söyləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA