İtaliya-Azərbaycan Universiteti açılacaq

img

02-04-2022 [14:12]


Bakıda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olub.

Mia.az xəbər verir ki,, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov, təhsil naziri Emin Əmrullayev, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo iştirak ediblər.

***

“Azərbaycan İtaliyanın mədəni irsinin qorunması üzrə bir sıra işlər görür. İtaliya da bu sahədə çalışır”.

Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın XİN başçısı Luici Di Mayo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

XİN başçısı ölkələr arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının nəzərdə tutulduğunu qeyd edib: "İtaliya-Azərbaycan Universitetinin açılması istiqamətində də işlər aparılır. Bu universitetin təməlqoyma mərasimi bu gün Bakıda keçiriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA