Bakıda qız özünü binadan atıb: "Vəziyyəti çox ağırdır" (Yenilənib)

img

01-04-2022 [15:19]


Bakıda çoxmərtəbəli binanın eyvanından düşən gənc qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Mərkəzin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, 2006-cı il təvəllüdlü yeniyetmə reanimasiyaya yerləşdirilib: “Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti çox ağırdır. Diaqnozu açıq kəllə-beyin travmasıdır”.

***

Bakıda çoxmərtəbəli binanın eyvanından düşən gənc qızın intihara cəhd etdiyi məlum olub.

Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunub ki, qız həmin binada anası ilə birgə kirayədə qalır.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, Asif Məhərrəmov küçəsində hündürlükdən yıxılma ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış saat 13:39 da daxil olub: "Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Kliniki Tibbi Mərkəzə aparılıb".

Xatırladaq kii, hadisə paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınıb.

Binanın 4-cü mərtəbəsindən yıxılan qadın aşağıda dayanan avtomobilin üzərinə düşüb


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA