30-03-2014 [23:28]
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi, Krım yarımadasını ilhaq etmək cəhdi soyuq müharibənin bitməsindən sonra formalaşmış dünya nizamını yerindən oynatdı. İndi hər kəs anlayır ki, dünya daha hərbi müdaxilədən əv-vəlki vəziyyətə qayıda bilməz. ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Londonda keçirilən görüşdə Ukrayna məsələsində razılığa gələ bilməmələrinin əsas səbəbi də budur.
İki böyük dövlətin xarici siyasət idarələrinə rəhbərlik edən şəxslərin bağlı qapılar arxasında keçən beş saatlıq görüşündən sonra yayılan qısa məlumatdan belə anlaşılır ki, Sergey Lavrov prezident Vladimir Putinin Krımla bağlı güzəştə hazır olmadığına işarə edib. Lavrov Krımın Rusiya üçün böyük əhəmiyyətə malik olduğunu gös-tərməkdən ötrü onu Folklend və Komor (Qəmər) adaları ilə müqayisə etməkdən də çəkinməyib.
Bundan başqa, Rusiya rəsmiləri Ukraynaya hərbi müdaxilənin və Krımı ilhaq etmələrinin rusdilli əhalini müdafiə etmək niyyətindən irəli gəldiyini tez-tez vurğulayırlar. Əslində isə, bütün bunlar bəhanədir və rəsmi Moskva Ukraynanın Avrasiya İttifaqından üz çevirib Qərbyönlü siyasi kurs seçməsini Rusiyanın həyati maraqları üçün təhlükə hesab etdiyindən bu qədər aqressiya nümayiş etdirir.
Putin bir neçə il əvvəl Krımın Rusiyaya birləşdirilməsinin mümkünlüyü haqqında sualı cavablandırarkən bunun qeyri-mümkün olduğunu, bu addımın dünyada sərhədlərin yenidən dəyişdirilməsinə gətirib çıxara biləcək qə-dər təhlükəli olduğunu söyləmişdi. İndi isə Putin bu fikirlərinin əleyhinə gedərək Krımı Rusiyaya birləşdirmək qərarı verib. Onun bu addımı beynəlxalq münasibətlərdə yeni vəziyyətin yaranmasına gətirib çıxarıb.
Krım böhranı Karib böhranından keçən əlli il sonra yenidən dünyanın iki qütbü arasında münasibətləri gərgin-ləşdirərək qarşıdurma həddinə gətirib. Qərb özünün döyüş arsenalını Rusiyanın sərhədləri yaxınlığına yönəlt-məyə başlayıb. Rusiya da hərbi qüvvələrini Qərb istiqamətində cəmləşdirir. Bu prosesin 16 Mart - Krım refe-rundumundan sonra yeni mərhələyə qədəm qoyacağı da məlumdur. Qərb bu referendumun ləğvini tələb etsə də, Rusiya onun keçirilməsində israr edir. Şərhçilər isə bu referendumun hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırırlar.
Qərb Rusiyanı boğmağa çalışacaq
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Qərb bloku ilə Şimal qonşumuzu üz-üzə gətirsə də, münaqişənin üçüncü dünya savaşına qədər inkişafı az ehtimal edilir. Doğrudur, belə bir təhlükə tam istisna edilməsə də, üçüncü dünya müharibəsinin başlayacağı ehtimalı çox aşağıdır. Bunun ilk səbəbi isə Rusiyanın bu müharibəyə hazır olmamasıdır.
Qərb də Rusiyanın əlində 1800 ədəd strateji nüvə başlığının olmasını nəzərə alır və üçüncü dünya müharibəsinin baş verməsində maraqlı deyil. Qərb üçüncü dünya müharibəsini hərbi deyil, iqtisadi vasitələrlə aparmaq niyyətindədir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb dərhal Moskvanı diplomatik, siyasi və iqtisadi təcridlə hədələdi, ilk addımlarını atmağa başladı. Qərbdən səslənən təhdidlər və ilk addımlar Rusiya iqtisadiyyatında ciddi sarsıntılara yol açdı.
Sərmayədarların Rusiya şirkətlərinin səhmlərindən xilas olmağa cəhd göstərmələri bu səhmlərin dəyərinin sü-rətlə ucuzlaşmasına səbəb oldu. İqtisadçılar bir gün ərzində Rusiya iqtisadiyyatının 72 milyard dollar zərər gördüyünü iddia edirlər. Lakin bu da Putini dayandırmır və Qərb artıq növbəti addımlarını atır.
Rusiyanın yüksək vəzifəli rəsmilərinin Qərb ölkələrinə girişinə qadağa qoyulması, onların hesablarının dondurulması və ən nəhayət, Rusiya şirkətlərinə qarşı tətbiqi gözlənən məhdudiyyətlər ciddi nəticələr verməyə baş-layacaq. Lakin bu da son deyil.
Qərb Rusiyaya yüksək texnologiyaların satışını dayandırdığı kimi, bu ölkəyə məxsus şirkətlərin Qərb bankla-rından kreditləşdirməsinin də qarşısını almaq niyyətindədir. Bu isə onsuz da zəif olan Rusiya iqtisadiyyatını daha da zəiflədəcək.
Qərb Rusiyanı tamamilə boğmaq üçün Moskvanın qorxduğu ən təhlükəli silaha da əl atmaq niyyətindədir. Bu silah isə ABŞ-ın neft və qaz ixracına qoyduğu qadağanı ləğv etmək niyyətinə düşməsidir. Artıq bununla bağlı ABŞ Konqressində təkliflər irəli sürülüb və prezident Barak Obamadan bu qadağaları ləğv etmək tələb olunur. Əgər bu baş verərsə, tezliklə dünya enerji bazarında neftin və qazın qiyməti kəskin sürətdə ucuzlaşmağa başlayacaq. Eyni zamanda, bu addım yalnız enerji daşıyıcıların qiymətinin ucuzlaşması ilə nəticələnməyəcək. ABŞ-ın öz qazını və neftini Avropa bazarlarına ixrac etməsi Rusiyanı bu bazardan sıxışdırıb çıxaracaq. Avropa artıq Rusiyanın yeni qaz layihələrinin gerçəkləşdirməsində iştirakdan imtina edib. ABŞ-ın öz qazını və neftini Avropa bazarlarına ixrac etməsi son addım olacaq və Rusiyanın ən böyük silahı özünə qarşı çevriləcək. Bu günə kimi Avropanın Rusiyanın enerji daşıyıcılarından asılılığından sui-istifadə edən Moskva müəyyən siyasi güzəştlərə nail ola bilirdi. İndi isə, nəinki bu silah onun əlindən alınacaq. Hətta Avropa bazarlarındakı mövqelə-rini itirməsi Rusiyanı iqtisadi fəlakətə sürükləyəcək. İqtisadçılar bildirirlər ki, Qərbin sanksiyaları tam tətbiq olunarsa, ABŞ Avropaya neft və qaz ixracını artırarsa, Rusiya Sovet İttifaqının taleyini yaşayacaq. Belə ki, qiy-mətlərin sürətlə bahalaşması, iş yerlərinin bağlanması, milli valyutanın sürətlə infiliyasiyası, neft-qaz gəlirlərinin sürətlə azalması nəticəsində infrastruktur və sosial layihələrin həyata keçirilməsinin mümkünsüzlüyü Rusiyanı Sovet İttifaqının taleyini yaşamağa məhkum edəcək.
Rusiyanı təhdid edən daha bir təhlükə
Rusiyanın Ukraynaya hərbi müdaxiləsini Suriya və Şimali Koreya diktatorlarından başqa heç bir dövlət müda-fiə etmədiyi kimi, Moskvanın ən yaxın müttəfiqi Minsk bu addımın hansı təhlükələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq etməkdən də çəkinmədi.
Belarusda hesab edirlər ki, Krımın ilhaqı "Pandora qutusu"nun açılmasına səbəb olacaq və dünyada separa-tizmi gücləndirəcək. Minsk bununla Rusiyada etnik separatizmin baş qaldıracağına ehtiyatla işarə edib. Mins-kin bu ehtimalı isə həqiqətdən uzaq deyil.
Məlum olduğu kimi, bu gün Rusiyanın Krımı ilhaq etməsinə ən aktiv müqaviməti yarımadanın yerli əhalisi - Krım türkləri (tatarlar) göstərir. Müsəlman olan Krım türklərinin bu müqaviməti rəsmi Moskvanı qorxudur. Açıq hiss olunur ki, Rusiyanı Ukraynanın müqavimətindən çox Krım türklərinin müqaviməti narahat edir. Krım tükləri-nin lideri Mustafa Cəmilyevin Rusiyaya danışıqlara dəvət edilməsi, Tatarıstanın keçmiş və indiki prezidentlərinin Moskva ilə Krımın yerli əhalisi arasında münasibətlər yaratmaq cəhdləri, Putinin Krım türklərinin təhlükəsiz-liyə şəxsən zəmanət verməsi və onlara qarşı zorakılıqları sərt cəzalandıracağını bəyan etməsi Kremlin əsl narahatlığının nədən ibarət olduğunu aydın göstərir.
Şimali Qafqazda nisbi sabitliyə nail olan Moskva Rusiyanın müsəlman və türk əhalisinin Krım türklərinin müda-fiəsinə qalxacağından qorxur. Bu mənada, Krımı ilhaq edən Rusiya qoşunları ilə Krım türkləri arasında toqquş-ma Rusiyada etnik müstəvidə partlayışa səbəb ola bilər. Artıq Rusiyadakı müsəlman və türk xalqlarının aparıcı təşkilatları Krım türklərinin müdafiəsinə qalxıb. Rusiya türklərinin ən nüfuzlu təşkilatı olan Ümumtatar İctimai Mərkəzi, Tatar xalqının Milli Məclisi və "Azadlıq" Vətənpərvər Hərəkatı Sibir, İdil-Ural və Krım tatarlarına müraci-ət edərək Krımın Rusiya işğalına müqavimət göstərməyə çağırıb. Bu təşkilatlar eyni zamanda, Krım referendu-munun nəticələrinin tanınacağı halda Tatarıstanın müstəqilliyi ilə bağlı 1992-ci ildə keçirilmiş referendumun nə-ticələrinin də tanınmasına çağırıblar.
Bundan başqa, "Azad Qafqaz" Hərəkatı da müsəlmanları Krım türklərini müdafiə etməyə çağırıb və bununla bağlı hərbi çağrış edib. Göründüyü kimi, Rusiya Krımın ilhaqını rəsmiləşdirməmiş Minskin "Pandora qutusu" haqqında xəbərdarlığı reallaşmağa başlayır. Həm də bu, yalnız bir başlanğıcdır və Rusiyada sosial-iqtisadi vəziyyətin gərginləşməsi ilə böyük vüsət alacağı gözlənilir. Belə görünür ki, Krımın ilhaqı Rusiyanın mövcudluğunu təhdid etməkdədir.
Postsovet məkanında baş verən proseslərin təsirini öz üzərində hiss edən Azərbaycan, proseslərin hər iki isti-qamətdə inkişafına hazır olmalıdır. Rusiyanın Avrasiya İttifaqı ideyasını gerçəkləşdirməyə çalışdığı məlum ol-duğu kimi, Qərbin Rusiyanı siyasi, diplomatik və iqtisadi təcridə məruz qoymağa çalışacağı da məlumdur. Azərbaycanın da aid olduğu məkanın təsir dairəsinə bölünməsi uğrunda gizli mübarizə artıq açıq müstəviyə keçib və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bu proses geridönməz xarakter alıb. Bu prosesin bütün bölgə ölkələrinə təsir edəcəyi birmənalıdır. Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı Moskvanın siyasi dai-rələrində edilən çağrışlar yalnız təhdid deyil. Bu, eyni zamanda, Rusiya və dünya ictimaiyyətini Moskvanın gizli planlarının reallaşmasına hazırlamaqdır. Belə görünür ki, bu il postsovet ölkələri, o cümlədən də Azərbaycan üçün 1991-ci ildən az əhəmiyyət kəsb etməyəcək.
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək