SABİQ İCRA BAŞÇISI HAKİM QARŞISINDA: "Bələdiyyə sədri seçilməm üçün 30 min istədilər..." - Məmurlar yoxsulların adlarına yazılan pulu da mənimsəyirmişlər
01-04-2022 [13:37]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.
Mia.az Report-a istinadla xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Həsən Zahidov bildirib ki, İmişli şəhərində sahibkar kimi fəaliyyət göstərir.
O deyib ki, V.Hacıyevlə şəxsi tanışlığı olmayıb: "Rayonda tikinti işləri aparmaq istəyirdim. Əvvəlki icra başçısının dövründə icazə sənədim var idi. Arxitekturadan gəlib dedilər ki, tikinti dayandırılmalıdı. Lakin mən sərəncamı rayon icra hakimiyyətinin arxitektura şöbəsinin rəisi Nazim Rəsulova göstərdim. O dedi ki, başçıya pul vermək lazımdı. Mən də həmin şəxsə Vilyam Hacıyevə çatacaq olan 2 min manat verdim".
Daha sonra şahid qismində Teymur Quliyev dindirilib. O, rayonda xırda təsərrüfatının olduğunu deyib: "Atam xəstə olduğuna görə icra hakimiyyətinə maddi yardım kimi müraciət etdim. Orada da mənə baş mühasib Cəlil Musayev dedi ki, adıma 6 min 800 manat pul yazılacaq, lakin ondan cəmi 1000 manat kömək olunacaq. Mən də pulun hamısını çıxartdım. Sonra 1000 manatı özümə götürüb, qalanını isə Cəmilə verdim".
Şahid Xəyyam Məmmədovun sözlərinə görə, İmişli RİH-nə sosial vəziyyətinin aşağı olması səbəbindən müraciət edib: "Mənə maliyyə şöbəsində 7 min manat pula qol çəkdirdilər. Mən də həmin pulu bankdan çıxarıb, 200 manatı özümə götürüb, qalanını isə onlara qaytardım".
Prosesdə ifadə verən şahid Fəxrəddin Qarayev İmişlidə mühəndis istismar sahəsinin rəisi işlədiyini vurğulayıb: "Qohumum ev almaq üçün məndən köməklik göstərməsini xahiş etdi. Mən də buna görə 12 min manatı baş mühasib Cəmil Musayevə təqdim etdim".
Şahid Babək Kazımlı diqqətə çatdırıb ki , ondan 2015-ci ildə bələdiyyə sədri seçilməyi üçün 30 min manat pul istənilib: "Mən onsuzda kifayət qədər səs toplayıb seçkilərin qalibi olmuşdum. Maneçilik törədilməsinə deyə baş mühasib Cəmil Musayevə 25 min, daha sonra 5 min manat verdim".
Şahid qismində rayonun mədəniyyət şöbəsinin müdiri Nazim Əzimov da ifadə verib. O deyib ki, Vilyam Hacıyevə ümumilikdə 31 min 276 manat pul verib.
Şahid Mütəllim Qədirovun sözlərinə görə şəhid ailəsi olaraq İmişli rayon icra hakimiyyətinə müraciət edib. Onun sözlərinə görə, "şirinlik" kimi 10 min manata qarşılığında ikiotaqlıq ev ala bilib.
Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı