Daha bir məktəb Cəlilabadda çöküb

img

01-04-2022 [09:15]


Cəlilabad rayon Təhsil Şöbəsi uçqun olan məktəblə bağlı açıqlama verib. 

Mia.az xəbər verir ki, açıqlamada deyilir:

"19 mart 2022–ci il tarixdə yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün  28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. 

Qeyd üçün bildiririk ki, hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib. 

Musalı kənd tam orta məktəbin V-XI sinif şagirdləri 01.11.2021-ci il tarixdən təhsillərini Zəhmətabad kənd tam orta məktəbində davam etdirirlər. 

Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına məlumat verilib və nəzarətə götürülüb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA