Gürcüstan Rusiyaya qarşı maliyyə sanksiyalarına qoşulub - Prezidentdən açıqlama

img

01-04-2022 [00:17]


Gürcüstan Ukraynada keçirilən hərbi əməliyyata görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub.

Bu barədə “CNN” telekanalının efirində respublika prezidenti Salome Zurabişvili bildirib/Report.

“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında (Rusiya Federasiyasına qarşı - Red) iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə də iştirak edirik”, - deyə Zurabişvili bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA