UKRAYNA ORDUSU KİYEVİN ƏTRAFINI TAMAMİLƏ AZAD ETDİ - Rəsmi açıqlama yayıldı

img

02-04-2022 [22:09]


Kiyev vilayətinin ərazisi tamamilə Rusiya hərbçilərindən tam azad olunub.

Mia.az xəbər verir ki, bu barədə  Ukrayna müdafiə nazirinin müavini Anna Malyara açıqlama verib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib: "Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün “sürprizləri” tapmaq üçün hər həyəti yoxlayacaqlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA