Sabiq deputatın işi üzrə məhkəmə: "Oğlum dedi ki, narahat olma, deputat adamdır..."
31-03-2022 [14:51]
Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda zərərçəkmiş Təranə Fətəliyevanın istintaqda verdiyi ifadəsi elan olunub.
Zərərçəkmiş qeyd edib ki, cinayət işi ilə bağlı ona 300 min dollar ziyan dəyib. O, dəymiş ziyanın ödənilməsini tələb edib.
İclasda vəkillər zərərçəkmişin məhkəməyə gəlməməsinə etiraz ediblər.
Müdafiəçilərin sözlərinə görə, T.Fətəliyeva digər zərərçəkmişləri də Rafael Cəbrayılovla tanış edib və cinayət işində ən mühüm zərərçəkmiş şəxsdir.
Məhkəmə vəkilinin vəsatətini qəbul edərək T. Fətəliyevanın məhkəmədə iştirakının təmin ediləcəyini elan edib.
İclasda şahid qismində Rafael Cəbrayılovun Milli Məclisdə deputat olan vaxt köməkçisi olmuş Faiq Bayramov dindirilib.
O, cinayət işi ilə bağlı Rafael Cəbrayılov ilə bir xanım arasında yaranmış problemli məsələdən xəbərdar olduğu üçün istintaqa cəlb olunduğunu deyib: "2015-ci ildə Milli Məclisə deputat seçkiləri zamanı sosial şəbəkələrdə məlumat yayılmışdı ki, Rafael Cəbrayılov insanları aldadır, onlardan pul alıb qaytarmır. Onun digər işləri ilə bağlı məlumatım yoxdur, mən sadəcə Milli Məclisdə köməkçisi idim".
Daha sonra iclasda zərərçəkmiş Kəmalə Şıxəliyeva ifadə verib.
O, deyib ki, torpaq sahəsi almaq üçün Rafael Cəbrayılova müraciət edib: "Torpaq sahəsinin alınması üçün Rafaellə oğlum görüşdü. 340 min bir, 240 min manat da bir verdik. Açığı pulu ödəyəndə mən şübhələndim, amma oğlum dedi ki, narahat olma, deputat adamdır, başqa söhbət ola bilməz".
Proses aprelin 14-də davam etdiriləcək.
Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib.
İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.
R. Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı