46 pandemiya tibb müəssisəsindən 7-si fəaliyyətini davam etdirir

img

30-03-2022 [16:08]


Hazırda 46 pandemiya tibb müəssisəsindən 7-si fəaliyyətini davam etdirir.

Mia.az TƏBİB-ə istinadla xəbər verir ki, bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədi ilə coğrafi yerləşmələri nəzərə alınmaqla növbəti təlimat verilənədək 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kiliniki Tibbi Mərkəzi, Gəncə Modul, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb.

Masallı Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti isə qismən davam edir. Eyni zamanda, qəbulu planlaşdırılan COVİD xəstələrinin müvafiq ərazi üzrə digər müəssisələrə yönləndirilməsi təşkil edilir. Hazırda 46 pandemiya tibb müəssisəsindən 7- i fəaliyyətini davam etdirir.

Bakı və Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası, cənub bölgəsi üzrə 1 tibb müəssisəsi - Masallı Rayon Mərkəzi Xəstəxanası fəaliyyətini qismən davam etdirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA