"İlkin Razılaşma Protokolu məcburi köçkünlər tərəfindən könüllü imzalanır" - Komitə açıqlama yaydı

img

28-03-2022 [18:40]


Bəzi kütləvi informasiya vasitələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazisi işğaldan azad olunmuş rayon sakinləri ilə qayıdışla əlaqədar olaraq İlkin Razılaşma Protokolunu imzaladığı haqqında məlumat yayılıb.

Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlətimizin başçısının tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Böyük Qayıdışın mühüm tərkib hissəsinin – köçürülmə və reinteqrasiya prosesinin effektivliyini təmin etmək üçün zəruri tədbirlər görür.

Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir. Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub.

İlkin Razılaşma Protokolu yuxarıda qeyd edilən sorğudan sonra, məcburi köçkünlər tərəfindən könüllü imzalanır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA